Dəyərli müştərimiz, sizə daha keyfiyyətli və operativ xidmət göstərə bilmək üçün Türkiyə anbarımızın ünvanını dəyişdik və daha da böyüdük! Yeni Türkiyə anbarımızın ünvanını skybox.az profilinizdə "Xarici ünvanlar" bölməsindən əldə edə bilərsiniz. Qeyd: Skybox tərəfindən 30 TL sifariş balansı qazandınız. Artıq bu gündən etibarən, sifariş edəcəyiniz Türkiyə saytlarında yeni ünvanımızı qeyd etməyiniz MÜTLƏQDİR. Türkiyə saytlarında adres bilgilərini skybox.az saytındakı “xarici ünvanlar” bölməsindəki kimi doldurmağınız xahiş olunur. Belə ki, həmin bölmədə məlumatların üzərinə gəldikdə “kopyala” düyməsindən istifadə etməyiniz və ya adres məlumatlarını eyni ilə saytımızda yazıldığı formada bütün şəkildə nüsxələməyiniz tövsiyə olunur. Nəzərə alın ki, kodsuz daxil olan bağlamalarınızın birbaşa hesabınıza əlavə edilməyi mümkün olmur. Qeyd edək ki, sentyabr ayının 10-undan etibarən köhnə anbara daxil olan bağlamalar qəbul edilməyəcək... Sizə xoş alış-verişlər arzu edirik!