Dəyərli müştərilərimiz, sizə daha keyfiyyətli və operativ xidmət göstərə bilmək üçün Türkiyə anbarımızın ünvanını dəyişdik! Yeni Türkiyə anbarımızın ünvanını skybox.az profilinizdə "Xarici ünvanlar" bölməsindən əldə edə bilərsiniz. Sifariş edəcəyiniz Türkiyə saytlarında yeni ünvanımızı qeyd etməyiniz mütləqdir. Sifariş edəcəyiniz saytda ünvan məlumatlarını skybox.az saytında “xarici ünvanlar” bölməsindəki kimi doldurmağınız xahiş olunur. Belə ki, həmin bölmədə məlumatların üzərinə gəldikdə “kopyala” düyməsindən istifadə edə və ya ünvan məlumatlarını eyni ilə saytımızda yazıldığı formada nüsxələyə bilərsiniz. Xoş alış-verişlər diləyirik!