Gömrük qaydalarında dəyişiklik
10 Jan, 2021
Gömrük qaydalarında dəyişiklik

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən 23 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər karqo və poçt şirkətləri ilə hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan poçt yükləri idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduğu halda müvafiq qaydada məhsul dəyərinin limiti keçən hissəsinə 15%-ə qədər rüsum, 18% əlavə dəyər vergisi qanunvericiliyə uyğun olaraq digər gömrük tədiyyələri ödənilməlidir. Skybox.az saytı sizə aylıq limitlərinizə nəzarət etmək məqsədi ilə “sayğac” funksiyası təqdim edir. Siz bu bölmədə bir təqvim ayı ərzində nə qədər sifariş etdiyinizi görə bilərsiniz. Bir şeydə diqqətli olmaq lazımdır. Sayğacda gördüyünüz rəqəm yalnız bizim şirkətlə etdiyiniz sifarişlərin məbləğidir. Əgər siz ay ərzində başqa daşıyıcılar vasitəsi ilə də bağlama gətirmisinizsə və ya dövlət poçtu ilə də mal gətirmisinizsə o zaman limiti keçə bilərsiniz. Həmçinin, bəzi məhsullar üzrə 2 ədəddən artıq eyni sifariş olarsa onlar da gömrük ödənişinə cəlb olunacaq. Bu məsələdə əsas amillər malın xassəsi və növüdür. Gömrük xidmətinin yeni tətbiq etdiyi qaydalarla bağlı yaranan çoxsaylı suallarla əlaqədar bildirməliyik ki, xarici ölkələrdən sifarişlərdə satışa girməmək şərti ilə hər hansı say məhdudiyyəti yoxdur. Qeyd etdiklərimizi sifarişinizdə nəzərə almağınız tövsiyə olunur.