Gömrüyə bəyanetmə - “Smart customs”
10 Jan, 2021
Gömrüyə bəyanetmə - “Smart customs”

Gömrük xidməti yeni mobil tətbiq istifadəyə verib. Gömrük tərəfindən verilən məlumata əsasən bu proqramla bəyan olunmayan bağlamalar buraxılmayacaq. Bəyanetmə üçün ilk növbədə qeydiyyatdan keçərək şəxsi kabinetinizi yaratmalı (bunun üçün öz adınıza mobil nömrə mövcud olmalıdır) və daşıyıcı şirkət kimi “Skybox Cargo” seçməlisiniz. 1. Haçan bəyan edilməlidir? - Bağlamanız xarici anbara çatmamışdan qabaq (bağlamalarınız saytdakı hesabınızda “bağlamalar/ bəyannamələr” bölməsində göründükdə) - Bağlamalarınız xarici anbara çatdığı zaman 2. Bəyan edərkən izləmə kodu yerinə nə yazmalıyam? - Skyboxun sizə təqdim etdiyi “BOX” prefiksi ilə başlayan izləmə kodunu. Bu kodu “bağlamalar / bəyannamələr” bölməsindəki bağlama xanalarının üzərindən götürə bilərsiniz. Qeyd: Sifarişləriniz tamamlandıqdan və ya bağlamanız xarici anbara çatdıqdan sonra bağlamanızı bəyan etməyiniz üçün sizə e-mail və sms xəbərdarlığı ediləcək. Saytdakı “Bağlamalarım” bölməsində hansı bağlamanın bəyan olunub olunmadığını görə bilərsiniz. Bağlamanızın gecikməməsi üçün vaxtında bəyan etməyiniz mütləqdir. Proqramı aşağıdakı linklərdən endirə bilərsiniz: - Android: https://play.google.com/store/apps/details?id=com.crocusoft.smartcustoms - IOS: https://apps.apple.com/us/app/smart-customs/id1500376466 Ölkədəki çətin vəziyyətlə əlaqədar olaraq proqramın məcburiliyi müvəqqəti olaraq aradan qalxmışdır.