Skybox.az bazarda öz mövqeyini tutmağı öhdəlik götürərək, yeniliklərlə dolu, güvən və keyfiyyətin carçısı olmağa iddialı bir poçt şirkəti kimi qarşınızdadır. Yaxşı anbarlama və nəqletmə funksiyalarına malik olan şirkət qanunvericiliyə müvafiq qaydada əldə edilən “sürətli poçt” lisenziyasına malik olmaqla yanaşı, iri daşıyıcı şirkətlərlə partnyorluq əlaqəsi qurmuşdur. Şirkətin siması “Şahin” quşudur. Latın dilində quşun adı "falko" kimi səslənir, oraq mənasını verən "falx" sözündən gəlir. Həqiqətən, uçuşda “Şahin”ə baxsanız, qanadların oraq ilə oxşarlığını tapa bilərsiniz. Bəs niyə “Şahin quşu”?? Çünki “Skybox”un amalı daha sürətli, daha cəsarətli, daha çox zirvədə olmaqdır. “Falcon”u daha yaxından tanıyaq: O, planetin ən sürətli quşudur. Slavyan folkloru, cəsarət və şərəf rəmzi olaraq ona istinadlarla tamamlanır. Daha maraqlısı şahinlər uçuşlarının manevr və gözəlliyini nümayiş etdirərək səmada hava oyunları təşkil etməyi sevirlər. Çox vaxt onlar özlərini göstərərək digər yırtıcı quşlara lağ edirlər. “Şahin”lər planetdəki bütün quşlar arasında ən ağıllı olanıdır. Sahibinə öyrəşməyə və hətta sevgi göstərməyə qadirdirlər, amma yenə də insanla ünsiyyətdə xüsusi qayğıya ehtiyac duyurlar. Bəli “Skybox” sizə “Falcon”u təqdim edir. Daha dəqiq desək : Şahin ailəsinin klassik nümayəndəsi olan Peregrine Falcon – hansı ki, o, Antraktidadan başqa dünyanın hər bir yerində yayılmışdır.... Hava məkanının padişahları, nəhəng yırtıcılar və üstün ovçular - hamısı şahinlərdir. Unutmayın.. Şahin kiçik quşlar, gəmiricilər, həşəratlar, qurbağalar, ilanlar və hətta balıqları yeyə bilər.