Məxfilik Siyasəti
Ümumi məlumat
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin
tələbinə uyğun olaraq, fərdi məlumatlarınız qanunvericilik çərçivəsində aşağıda müəyyən edilmiş
hallar və Sizin razılığınız istisna olmaqla üçüncü şəxsə verilmir.
Siz www.skybox.az veb-saytında qeydiyyatdan keçməklə Məxfilik siyasəti”nin şərtləri ilə
razılaşdığınızı təsdiqləmiş və sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə
yazılı razılıq vermiş olursunuz.
Qeydiyyat formasında tələb edilən şəxsi məlumatlar Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi tələblərinə əsaslanaraq və sizə daha yaxşı xidmət göstərilməsi
məqsədi ilə toplanılır.
Fərdi məlumatlarınız həmçinin aşağıdakı məqsədlərlə istifadə ediləcəkdir:
-
• İstifadəçinin kimliyini müəyyən etmək;
-
• Xidmət seçimlərinizi təyin etmək;
-
• Əlaqə üçün lazımi məlumatları qeyd etmək;
-
• Problemli məsələlərin həlli üçün
-
• İstifadəçini “İstifadəçi razılaşması” və “Məxfilik siyasəti” ilə bağlı dəyişikliklər, veb
saytımız, mobil tətbiqetməmiz, endirimlərimiz, kampaniyalarımız, yeniliklərimiz və
xidmətlərimiz barədə məlumatlandırmaq;
-
• Kargüzarlıq və tələb olunan digər sənədləşmə proseslərini həyata keçirmək;
-
• “İstifadəçi razılaşması”nda nəzərdə tutulan öhdəliklərimizi lazımınca yerinə yetirmək;
-
• Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş öhdəliklərimizi yerinə yetirmək
və mənafeyimizi qorumaq;
-
• İstifadəçi məmnuniyyətini artırmaq və İstifadəçi dairəsi analizində istifadə etmək;
-
• Xidmətlərimiz ilə bağlı olan İstifadəçi şikayət və təkliflərini dəyərləndirə bilmək.
Qeyd: Şirkətin məxfilik siyasətinə əsasən “Skybox” öz müştərilərinin məxfi kart
məlumatlarına malik deyil və onları saxlamır.