Daşınma və gömrük qaydaları

Ümumi məlumat

“Skybox Cargo” MMC qanunvericiliklə müəyyən edilmiş qaydada sürətli poçt xidməti həyata keçirməyə hüququ olan şirkət olmaqla exspress karqo və kuryer qaydasında fiziki və hüquqi şəxslərə məxsus bağlamaların daşınmasını, həmçinin sizin əvəzinizdən hər hansı məhsulun sifariş edilməsi xidmətini (“sifariş et” xidməti) həyata keçirir.

Skybox, heç bir halda satıcı mağazanın göndərdiyi məhsulun keyfiyyəti, tamlığı, sayı, tərkibi, ölçüsü, forması, rəngi, satış anbarında mövcudluğu,qablaşdırmanın zədəli daxil olmasına görə məsuliyyət daşımır. 

Maye, elekronik və kosmetik məhsullar standart reyslərdən fərqli olaraq geçmələr yaşana bilər bu səbəblə ki, təhlükəli yüklərlə gəldiyi üçün.

Bağlamanın hər hansı tərəfi 60 sm keçdikdə həcmi çəki ilə hesablanır. Hesablanma qaydası En x Uzun x Hündürlük / 6000 = həcmi çəki. Həcmi çəki isə tarifə uyğun olaraq kiloya vurulur.



“Məhsullar tərəfimizdən sığortalanmır və məsuliyyətimizə aid deyil.

Müştərinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.

Gömrük qaydaları

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər tərəfindən 1 (bir) təqvim ayı ərzində 300 ABŞ dolları məbləğinədək ölkə ərazisinə daxil olan şəxsi istifadə və istehlak məqsədli mallara münasibətdə gömrük ödənişləri tətbiq olunmur. Bir təqvim ayı ərzində bir neçə bağlama vətəndaş tərəfindən sözügedən limit daxilində ölkə ərazisinə gətirilə bilər. Vətəndaşın bir təqvim ayı ərzində bağlamaları qanunvericilikdə nəzərdə tutulan məbləği aşdığı təqdirdə, artıq olan hissəyə 5 və ya 15 % gömrük rüsumu, Əlavə dəyər vergisi və gömrük xidmətlərinə görə əlavə ödənişlər tətbiq edilir.

Qeyd olunan güzəştli məbləğ kommersiya və ya istehsal xarakterli mallara şamil edilmir. Həmin məbləğin tamamı gömrük ödənişlərinə cəlb olunur.

Poçt göndərişləri vasitəsi ilə ölkə ərazisinə daxil olması qadağan edilən malların və əşyaların siyahısı ilə aşağıdakı linklərdəntanış ola bilərsiniz.

http://www.e-qanun.az/framework/4790

http://www.e-qanun.az/framework/5633

İstər gömrük qaydaları, istər aviasiya qaydaları, istərsə də şirkətimizin prinsipləri nəzərə alınmaqla tərəfimizdən daşınması qadağan olunan malların daha istifadəli və ya sizə maraqlı olanlarının siyahısını təqdim edirik:

  • • Hər cür silah növləri
  • • Akkumlyatorlar
  • • Əxlaq pozğunluğunun təbliğ materiallar
  • • Gizli kamera və ya səsyazması olan saatlar
  • • Canlı heyvanlar
  • • Amortizatorlar
  • • Dərman vasitələri
  • • Telefonlar, tərkibində batareya olan avadanlıqlar

Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.skybox az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır

Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi prosedurasına görə məsuliyyəti müştəri daşıyır.

Malın gömrük rəsmiləşdirilməsinə qədər Xidmət haqqının ödənilməsi mütləq şərtdir.

Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.