“Sifariş et” xidmətinin şərtləri

Skybox, sifarişçilərin ödənişini xarici ölkədəki tərəfdaşının bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 3 % ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur.

Skybox” bağlamaların türkiyə anbarına çatma müddətinə görə məsuliyyət daşımır.

Skybox, normal sifarişləri növbəlilik əsasında 9 saat (1 iş günü) müddətində, təcili sifarişləri isə 20-30 dəqiqə icra etməyə öhdəlik götürür. Sifarişlə bağlı hər hansı problemlər meydana çıxdığı halda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ ( 3% komissiya haqqı istisna olmaqla) istifadəçinin balansına geri qaytarılır. Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən bu müddət uzana bilər. İstifadəçi balansına yüklənən həmin məbləği digər məhsulların alınmasına istifadə edə bilər

Bu xidmətdən istifadə edənlər endirim və kampaniyalar barədə “Qeyd” bölməsində məlumat verməlidir, əks halda onlar nəzərə alınmadan sifarişlər icra ediləcək və qalıq məbləğ bağlamanın təhvili zamanı tələb ediləcək.

Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür. 

Maksimum 10 manat olmaqla sifariş məbləğinin 10 faizi həcmində kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə sifariş həyata keçirilir.

“Sifariş et” xidmətindən istifadə zamanı “səbətə atılan” bağlamalar icra edilmir və yalnız sifariş məbləği ödənilərək “sifarişlər” bölməsinə düşən sifarişlər icra edilir və onlar barəsində hər hansı bir dəyişiklik (ölçü, rəng və s.) edilməsinə icazə verilmir.

Qəbul olunmuş sifarişlər eyni anda icra edilir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə “Skybox” məsuliyyət daşımır. Hər ayrı göndərilən bağlamalara görə daşınma haqqı ayrılıqda hesablanır.

Sifarişçi riskli hesab olunan online mağazalardan alış-veriş edilməsində tələb edərsə, bu zaman baş verəcək risklərə görə “Skybox Cargo” MMC məsuliyyət daşımır.