İstifadəçi Şərtləri və Qaydaları

close Bu qaydalar www.skybox.az veb-saytı ilə müştəri arasında xidməti münasibətləri tənzimləməklə “İstifadəçi razılaşması” əhəmiyyəti daşıyır

1.İstifadəçi Razılaşmasının predmeti

1.1. “Skybox Cargo” MMC (bundan sonra – “İcraçı”) İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarından hazırki İstifadəçi Razılaşmasının (bundan sonra – “Razılaşma”) şərtlərinə uyğun olaraq www.skybox.az saytında qeydiyyatdan keçən yetkinlik yaşına çatmış fiziki və hüquqi şəxs (bundan sonra - “Müştəri”) üçün malların (bundan sonra mal və ya bağlama) çatdırılması üzrə xidmətləri (bundan sonra - “Xidmətlər”) həyata keçirir.

1.2. Müştərinin “skybox.az” şirkətində qeydiyyatdan keçməsi pulsuz və könüllüdür. Qeydiyyat www.skybox.az saytında həyata keçirilir. Xidmət göstərilməsi şərtləri açıqdır. Müştərinin saytda qeydiyyatdan keçməsi hazırkı Razılaşmanın və onun bütün əlavələrinin qəbul edilməsini bildirir.

1.3. Əgər Müştəri Razılaşmanın heç olmazsa bir bəndi ilə razı deyilsə, İcraçının Xidmətlərindən istifadə etmək hüququna malik olmur.

1.4. İcraçı hazırkı Razılaşmaya dəyişikliklər etmək hüququnu özündə saxlayır ki, bununla əlaqədar olaraq Müştəri mütəmadi olaraq Razılaşmanın www.skybox.az saytında yerləşdiriləcək dəyişikliklərini izləmək öhdəliyini götürür.

2. Xidmətlərin təsviri

2.1. İcraçı Müştəri tərəfindən müstəqil olaraq internet-mağazada ödənişi aparılmış malları öz anbarına qəbul etmək öhdəliyini götürür, bu şərtlə ki, İcraçıdan alınan ünvan və malı alana aid məlumatlar dəqiq göstərilmiş olsun.

2.2. Müştərinin İcraçının anbarında və ya Azərbaycanda kuryer xidmətinin bölməsində Bağlamanı alması anından etibarən İcraçı tərəfindən xidmətlər tam həcmdə göstərilmiş hesab edilir.

2.3. Xidmətlərin göstərilməsi üçün İcraçı Müştərinin razılığı olmadan poçt və kuryer xidməti kimi üçüncü şəxsləri cəlb etmək hüququna malikdir.

3. Sifarişin rəsmiləşdirilməsi

3.1. Müştəri əvvəlcədən malın keyfiyyətini, parametrlərini və xüsusiyyətlərini müstəqil şəkildə qiymətləndirərək sifarişi tamamlayır.

3.2. Müştəri göstərilən malların qiymətini malın satıcısına ödəmək öhdəliyini götürür.

3.3. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (“Skybox Cargo” MMC-nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda icarçı heç bir məsuliyyət daşımır.

3.4. İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.

3.5. İcraçı öhdəlik götürür ki, satıcının poçt xidmətinin çatdırdığı məhsulu öz anbarına qəbul edəcək (anbarda saxlanılması qadağan olan məhsullar istisna) ,çəkəcək və qablaşdıracaq, sonra isə İcraçının Azərbaycandakı anbarına çatdıracaqdır. Mal yalnız alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur. Bağlamanın “Anbara çatdırılıb” statusu təvhil alanın imzası mövcud olmadan düzgün kimi nəzərdən keçirilə bilməz.

3.6. İcraçı malı aldıqdan sonra 3 iş günü ərzində Müştərini malın İcraçının anbarına qəbul edilməsi haqqında müvafiq bildirişin Müştərinin www.skybox.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi yolu ilə bildirişlə məlumatlandırılmasına, eləcə də onu Müştərinin şəxsi səhifəsində əks etdirilməsinə borcludur. Bəyan edilməmiş bağlamanın İcraçının anbarında saxlanma müddəti 30 təqvim günü təşkil edir.

3.7. Müştəri əldə etdiyi malın poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasına görə məsuliyyət daşıyır ki, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkiləri ilə məhdudlaşmır.

3.8. İcraçı o halda Müştəriyə Xidmətlərin göstərilməsindən imtina etmək hüququna malikdir ki, mal poçt xidmətinin çatdırılma şərtlərinə və qüvvədə olan Azərbaycan və sifariş etdiyi müvafiq ölkənin qanunlarına, o cümlədən Azərbaycanın Gömrük məcəlləsinə müvafiq olmasın, buraya malın Müştəriyə göndərilməsi üçün zəruri olan malın qabaritləri və poçt tarasının çəkisi daxildir, lakin bağlamanın qabaritləri, çəkisi və içindəkiləri ilə məhdudlaşmır.

3.9. Malın çatdırılması avia-daşıma yolu ilə həyata keçirilir. Çatdırılmanın orta müddəti anbarın yerləşdiyi ölkəyə uyğun olaraq dəyişir. Adətən bu anbardan göndərilməsi  anından  etibarən 4-5 iş günü təşkil edir.

3.10. Çatdırılmanın qiyməti haqqında məlumat malın Azərbaycan ərazisinə gəlib çatması ilə Müştərinin şəxsi səhifəsində əks olunur.

3.11. Malın İcraçının Azərbaycandakı anbarına çatdırılmasından sonra İcraçı Müştərini müvafiq bildirişin Müştərinin www.skybox.az saytında qeydiyyat zamanı göstərdiyi elektron ünvana göndərilməsi ilə malı almağın mümkünlüyü haqqında xəbərdar edir. Müştərinin malının anbarda saxlanması müddəti  15 təqvim günü təşkil edir. Saxlanmanın başlanğıcı malın İcraçının Azərbaycandakı anbarına daxil olduğu gün hesab edilir. Müştəri tərəfindən həmin malın alınmaması halında Azərbaycandakı anbara malın daxil olmasından 45 gün keçdikdən sonra İcraçı Müştəriyə əlavə bildiriş göndərmədən malı utilləşdirmək hüququna malikdir.

4. Müştərinin vəzifələri

4.1. Müştəri müstəqil şəkildə hazırki Razılaşmanın mətni ilə tanış olmaq, Razılaşma və onun əlavələrdə dəyişikliklərin mövcud olmasını yoxlamaq öhdəliyini götürür.

4.2. Müştəri İcraçıdan tələb edilən xidmətin yerinə yetirilməsi üçün zəruri olan bütün məlumatlarla vaxtında təmin edilməsi öhdəliyini götürür. Zəruri olan məlumatların çatışmaması halında İcraçı Müştəriyə Xidmətləri təqdim etməmək hüququnu özündə saxlayır.

4.3. Müştəri İcraçı tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar olan hesabları vaxtında ödəmək və xərcləri qarşılamaq öhdəliyini götürür. İcraçı Xidmətlərin göstərilməsi üçün ona təqdim edilən vəsaitlərin kifayətli olmaması halında Müştəriyə xidmət göstərmir.

4.4. Müştəri əvvəlcədən şəxsi səhifəsində bəyan etməklə məhsulun İcraçının müxtəlif ölkələrdə yerləşən anbarlarına daxil olmasını müstəqil şəkildə www.skybox az şəxsi hesabında izləmək öhdəliyini götürür.

4.5. Müştəri təsdiq edir və zəmanət verir ki, Müştəriyə qarşı üçüncü şəxslərin, malın satıcısı və poçt xidmətləri də daxil olmaqla, lakin bununla da məhdudlaşmayaraq hərəkətləri nəticəsində dəymiş zərərlə əlaqədar olaraq hər hansı bir öhdəliklər və xərclər səbəbindən yaranmış mübahisələr üzrə İcraçını cavabdeh və ya həmcavabdeh kimi cəlb etməyəcəkdir.

4.6. Bağlamanın alınması anında bağlamanın qaiməsində imza etmək və ya elektron lövhədə imzasını atmaq. 4.7. Sorğu əsasında müştərinin şəxsiyyətini təsdiq edən sənədləri, eləcə də bu və ya digər malı internetmağaza vasitəsi ilə əldə etməyi təsdiq edən sənədləri təqdim etmək.


4.7. Müştəri öz adı, soyadı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, FİN kodunu, yaşayış ünvanı, telefon, elektron poçt ünvanını və digər tələb edilən məlumatları www.skybox az saytında qeydiyyat zamanı dəqiq göstərmək öhdəliyini götürür.

5. Gömrük rəsmiləşdirməsi

5.1. Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.skybox az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır

5.2. Azərbaycan ərazisinə çatdırılmış malın gömrük rəsmiləşdirilməsi proseduruna görə məsuliyyəti müştəri daşıyır.

5.3. Malın gömrük rəsmiləşdirilməsinə qədər Xidmət haqqının ödənilməsi mütləq şərtdir.

5.4. Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırki Razılaşmanın  5.1 bəndində nəzərdə tutulmuş tələblərini yerinə yetirməməsinə və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.

5.5. Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.

6. Daşıma haqqı, daşınma şərtləri və ödəniş

6.1. Müştərinin yüklərinin İcraçının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı www.skybox.az saytında yerləşdirilib.

6.2. Yükün çatdırılma haqqı Müştərinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, nəğd şəkildə ödənilə bilər.

6.3. Müştəri, İcraçının internet səhifəsində (www.skybox.az internet səhifəsində “Daşınma və gömrük qaydaları”, eyni zamanda “Sifariş et” qaydaları ilə tanış olmalıdır və müştərinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir.

6.4. İcraçı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra İcraçının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.

6.5. Müştəri tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasında şirkətin bank hesabının olduğu bankın ödəniş gününə olan məzənnəsi ilə İcraçı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.

7. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər

7.1. İcraçının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına  daxil olan yüklər  30 (otuz) gün ərzində Müştəri tərəfindən təhvil  alındığı  təqdirdə həmin yüklərə  anbar saxlama haqqı tətbiq  etmir.

7.2. Hazırki şərtlərin 7.1-ci bəndində nəzərdə tutulmuş müddət Müştəri tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər  əlavə  gün üçün 0.50 qəpik  miqdarında  saxlama  haqqı  tutulur.  

7.3. Müştərinin onun adına Bakı ofisinə daxil olmuş  bağlamanın təhvil alınmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 6 (altı) ay müəyyən edilir. 6 (altı) aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna  malikdir.

7.4. Müştərinin onun adına xarici anbara  daxil olmuş bağlamanın bəyannaməsinin  doldurulmasına dair İcraçı tərəfindən şifahi və yaxud yazılı (e-mail vasitəsilə) xəbərdarlıqların verilməsinin son həddi (bağlamanın anbara daxil olduğu gündən) 3 (üç) aydan müəyyən edilir. 3 aydan sonra şirkət məhsulun məhv edilməsi hüququna malikdir.

7.5. Müştəri tərəfindən hər hansı səbəbdən yükün təhvil alınmasından imtina, yalnız, onun, şirkətin rəsmi veb-səhifəsində yaratdığı şəxsi kabinet üzərindən (e-mail) daxil olan cavabdan sonra qəbul edilir.

7.6. Hazırki şərtlərin 7.3-cü bəndində nəzərdə  tutulmuş müddət ötdükdə və Müştəri tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet, email vasitəsilə) göstəriş verilmədiyi və yaxud Müştəri tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet, email vasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar İcraçının mülahizəsi əsasında həll edilir.

7.7. Müştərinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Müştəri şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, yük Müştərinin onu təhvil alınmasına dair verdiyi və etibarnamədə göstərilən şəxsə təhvil verilə bilər.

7.8. Müştəri bağlamanı təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra ödəniş edib bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.

7.9. Müştəri anlayır və qəbul edirki İcraçı beynəlxalq daşıma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına Müştərinin daxil olan yükünün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - misal üçün iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.

8. Baxışın keçirilməsi hüququ

8.1. Müştəri anlayır və qəbul edir ki, İcraçının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirtməsi hüququ vardır.

9. Yüklərin qorunmasına görə məsuliyyət

9.1. İcraçının, Müştəri tərəfindən internet üzərindən alınan və İcraçıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün İcraçının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün Müştəriyə təhvil verilən anadək davam edir.

9.2. İcraçı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə) zədələnmiş və yaxud Müştərinin internet üzərindən sifariş etdiyi  yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.

10. Yükün sığortalanması, zədələnməsi və iddianın verilməsi

10.1. Daşıma üçün qəbul edilən yüklər sığortalanmır.

10.2. Müştərinin daşıma üçün İcraçıya təqdim etdiyi yük İcraçının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, Müştəri zədə və yaxud korlanma faktına əsasən yükün tam invoice dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər. Bağlama İcraçının müvafiq ölkədə yerləşən anbarlardan hansısa birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın İcraçı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzində tapılmadığı təqdirdə Müştəriyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, Müştəri yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin. Bura aiddir: • İnternet mağazanın təqdim etdiyi order, invoice (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) Bank hesabından çıxarış ( ödənişin təsdiqini sübut edən bildiriş ) İcraçı bağlamanınonun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, Müştəri isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda Müştəri kuryer şirkətinin sözügedən bağlamanın İcraçıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən İcraçıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), Müştəriyə kompensasiya verilir. Bunun üçün Müştəri qeyd olunan sənədləri təqdim etməlidir: • Mağazanın təqdim etdiyi order, invoice (burada əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır) • Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) • Bağlamanın İcraçının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.

10.3 Müştəri yükü İcraçının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda İcraçını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk edəndən sonra yükün tərkibində hər hansı bir əşyanın çatışmadığı və ya zədələndiyi iddiası qəbul edilmir.

11. Digər hallar

11.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir. 13.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.

11.2. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər.

12. Ödəmə Qaydası

(Qaytarılma və dəyişdirilmə (xidmətdən imtina) şərtləri/Ləğv etmə və ödəmə qaydası)

Qəbul Olunan Ödəniş Metodları

Debit/Credit Card (Visa, MasterCard).

Topladığımız Məlumatlar

www/skybox.az saytına daxil olub onlayn ödəniş sistemindən istifadə etmək üçün Sizdən özünüz haqqında müəyyən məlumatları təqdim etmək xahiş olunacaq. Məsələn: ad və soyad, doğum tarixi, həmçinin əlaqə və maliyyə detalları.

Kredit Kart Ödənişləri

Onlayn formalarını doldurandan sonra kredit kartınızdan ödəniş alınacaq və sizin interfeysdə online rejimdə ödənilmə statusu görünəcək, eyni zamanda sayt üzərindən bu barədə bildiriş alacaqsınız. Ödəniş “Skybox Cargo” MMC tərəfindən işlənəcək və daşınma xərcinin ödənildiyi nəzərə alınacaq.

Bizim Məzmuna Hiperistinadlanma

Veb-səhifəmizə istinadən aşağıda sadalanan maddələr mütləq şəkildə nəzərə alınmalıdır: (a) istinad bizim və ya akkreditə olunmuş müəssisələrə mənfi təsir göstərməyəcəkdir (məsələn, ev şəraitində iş imkanları və şübhəli iş növlərini təmsil edən təşkilatlar, ticarət birlikləri və ya digər bu kimi təşkilatların əlaqələndirilməsinə icazə verilməyəcəkdir); (b) təşkilat və Skybox Cargo MMC arasında heç bir xoşagəlməz hadisə baş verməmişdir; (c) hiperistinadın ümumi faydası onun heç yoxluğundan daha üstündür; (d) ümumi resursun məlumatlar kontekstində və yaxud təşkilatın missiyasına dəstək ola biləcək bülleten və ya oxşar məhsulda redaksiya məzmunu ilə uyğun gəlir.

iFrames

Öncədən təsdiq və yazılı icazəmiz olmadan veb-səhifəmizin ətrafında “iframes” yaratmaq və ya veb-saytımızın vizual təqdimatını ya görünüşünü dəyişdirən digər üsulları istifadə etmək qadağandır.

Hüquqların Qorunması

Biz, öz mülahizəmizə əsasən istənilən vaxt bütün istinadları və ya veb-saytımıza aid hər hansı bir istinadı silmək hüququnu özümüzdə saxlayırıq. Tələb olunsa, veb-səhifəmizə olan bütün istinadları dərhal silinməsinə razılıq verirsiniz. Həmçinin, Şərtlər və Qaydalar və istinadlanma siyasətini dəyişmək hüququnu da özümüzdə saxlayırıq. Veb-saytımıza istinadlanmağı davam etdikdə, bu əlaqələndirici şərtlərə əməl etməyi qəbul etmiş olursunuz.

13. Çatdırılma (daşınma xidməti)

Daşınma 4-7 gün ərzində həyata keçirilir. Bağlamaların çatdırılması “Skybox Cargo” MMC tərəfindən zamanında müştəriyə təslim edilməsini təmin etmək üçün maksimum səylə təmin olunur.

Çatdırılmalar iş günləri və iş saatları ərzində həyata keçiriləcək. İstifadə etdiyiniz halda kuryer xidməti bağlamalarınızı ünvanınıza çatdıracaq. Çatdırılma xərclərini hesablamaq üçün çəki və ölkə seçin.

Geri Qaytarma

Daşınma xərci müvafiq daşınma həyata keçirildiyi üçün geri qaytarılmasa da, balans artırma xidmətlərindən istifadə etsəniz həmin artırdığınız məbləğ üzrə geri əməliyyat aparmaq hüququnuz var. Bu əməliyyatı ofisimizə yaxınlaşaraq yerinə yetirə və ödənişi geri ala bilərsiniz. Bütün digər hallarda geri qaytarma əməliyyatları e-mail vasitəsi ilə aparılan sorğuların nəticəsi üzrə həyata keçiriləcək.

Əlavə yardım ya məsləhət üçün saytımızın müştəri xidmətləri funksiyasından istifadə edə bilərsiniz və yaxud, [email protected] e-poçt vasitəsilə bizim müştəri xidmətlərimizə müraciət edə bilərsiniz.